
“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu turunda “Wolverhampton” komandasına 2-1 hesabı ilə məğlub olub.
Yeniavaz.com xəbər verir ki, “qırmızılar” əlavə vaxtın dördüncü dəqiqəsində qol buraxdılar.
“Opta Sport” statistika portalına görə, “Liverpul” Premyer Liqa mövsümündə beşinci məğlubiyyətini 90-cı dəqiqədən sonra vurulan qol səbəbindən alıb. Liqa tarixində heç bir komanda bir mövsümdə belə göstərici əldə etməyib.
Qeyd edək ki, əvvəllər “qırmızılar” Premyer Liqanın 25-ci turunda “Mançester Siti” (1-2), 23-cü turunda “Bornmut” (2-3), 7-ci turunda “Çelsi” (1-2) və 6-cı turunda “Kristal Palas” (1-2) ilə oyunlarda 90-cı dəqiqədən sonra məğlub olub.
Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci yerdədir, “Wolverhampton” isə 16 xalla 20-ci yerdə qalır.
Tətbiqimizi yükləyə bilərsiniz