Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edildi


Beynəlxalq axtarışda olan Mənsimov Ramil Yaqub oğlu Monteneqrodan Azərbaycana ekstradisiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top