Bir gecədə dörd evi talayan şəxs saxlanıldı


Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb:
“Polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub”.
Həmçinin, Xəzər rayonunda da oğurluq hadisələri qeydə alınıb:
“Naməlum şəxs rayon ərazisində yerləşən iki evə daxil olaraq 2150 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Alıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı M.Alıyevin taladığı əşyaları zərgərlik mağazalarının birinə satdığı və rayon ərazisində yerləşən daha 6 evdən oğurluğa cəhd etdiyi məlum olub”.

DİGƏR XƏBƏRLƏR

Top