
Bu ilin yanvar ayı ərzində turizm məqsədilə Azərbaycana ümumilikdə 119 min 285 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşları ümumilikdə 207 milyon 141,2 min manat xərcləyiblər.
Qeyd edək ki, turistlər ən çox nəqliyyata pul xərcləyiblər. Nəqliyyat xərcləri onların ümumi xərclərinin 46,5%-ə və ya 96,3 milyon manata bərabər olub. Bundan başqa, turistlər 38 milyon manat yerləşməyə (otel, motel və s.), 39,9 milyon manat qidalanmaya, 23 milyon manat malların və hədiyyələrin alınmasına, 1,1 milyon manat mədəniyyət tədbirlərinə, 949 min manat idman və əyləncəyə, 341 min manat isə avtomobillərin icarəsinə xərcləyiblər.
Məlumat üçün bildirək ki, Azərbaycanda qidalanmaya ən çox Qətərdən gələn turistlər pul xərcləyiblər. Yanvar ayında Qətər vətəndaşları Azərbaycanda orta hesabla adambaşına 451,4 manatlıq qida qəbul ediblər.
Qidalanmaya ən az vəsait xərcləyənlər isə Braziliyadan gələn turistlər olub. Braziliya vətəndaşları yanvar ayında Azərbaycanda orta hesabla adambaşına 279,1 manatlıq qida qəbul ediblər.
Azərbaycanda əcnəbi turistlərin qidalanmaya xərclədikləri vəsait ölkələr üzrə belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz