Alleqri “Real”ın baş məşqçisi vəzifəsinə əsas namizəddir – KİV


İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi cari mövsümün sonunda italiyalı Massimiliano Alleqrini baş məşqçi təyin etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid” Alleqri və ya Yurgen Kloppu dəvət etməyi düşünür, lakin alman mütəxəssis hazırda “Red Bull”da futbol əməliyyatları rəhbəri vəzifəsini tutur və məşqçiliyə qayıtmaq istəmədiyini dəfələrlə bildirib. Buna görə də, italyan mütəxəssis “Real Madrid” rəhbərliyi üçün prioritet hədəfdir. Lakin, nəşrin qeyd etdiyi kimi, Alleqri artıq iki dəfə - 2019 və 2021-ci illərdə Madrid klubunun təkliflərini rədd edib.
Qeyd edək ki, 58 yaşlı Alleqri 2025-ci ilin may ayında “Milan”a rəhbərlik etməyə başlayıb və müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Onun əvvəlki işi 2021-ci ildən 2024-cü ilə qədər məşqçilik etdiyi “Yuventus” olub. O, əvvəllər 2014-cü ildən 2019-cu ilə qədər Turin klubuna rəhbərlik edib. Alleqrinin rəhbərliyi altında “Yuventus” beş dəfə İtaliya çempionluğunu (2015-2019), beş dəfə İtaliya Kubokunu (2015-2018, 2024) qazanıb və iki dəfə Çempionlar Liqasının finalına (2015, 2017) yüksəlib.
Alleqri əvvəllər İtaliyanın SPAL, “Sassuolo”, “Kalyari” və “Milan” klublarında da baş məşqçi olub və 2011-ci ildə o, “Milan”la İtaliya Super Kubokunun qalibi və çempionu olub.
Xatıradaq ki, yanvarın 12-də “Real Madrid” mövsümün əvvəlində baş məşqçi vəzifəsini icra edən ispaniyalı Xabi Alonsonun komandadan ayrıldığını elan edib. Onun yerinə həmyerlisi Alvaro Arbeloa təyin edilib. “Marca”nın məlumatına görə, onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top