
İranda bu gecə yerli vaxtla saat 22:00-dan (Bakı vaxtı ilə saat 23:30) başlayaraq, üç gün və üç gecə davam etməsi planlaşdırılan İranın mərhum Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə Tehran Əyalətinin İslam Təbliğat Koordinasiya Şurasının rəhbəri Höccətülislam Seyid Möhsün Mahmudi elan edib.
O, Tehranın İmam Xomeyni məscidində keçiriləcək mərasimin ölkə daxilindən bu mərasimdə iştirak etmək üçün çoxlu sayda müraciətlərin olması, eləcə də, onların iştirakı üçün lazımi infrastrukturun təmin edilməsi ilə əlaqədar daha uyğun bir vaxtda keçirilməsinin qərara alındığını bildirib.
Onun sözlərinə görə, Xamenei ilə vida mərasiminin keçirilməsi üçün şərait hazır olan kimi dəqiq vaxt elan olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz