“Hökumətlər milyonların taleyi ilə “rus ruletkası” oynamamalıdırlar”


İspaniyanın Baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana hücumlarını sərt tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Pedro Sançes bildirib ki, İspaniyanın mövqeyi aydındır – ölkə müharibə istəmir.
O, 2003-cü ildə İraq müharibəsinin dünyada qeyri-sabitliyi artırdığını xatırladıb və İrana qarşı mümkün müharibənin daha ədalətli beynəlxalq nizam yaratmayacağını vurğulayıb:
“Hökumətlər milyonlarla insanın taleyi ilə “rus ruletkası” oynamamalıdırlar”.
ABŞ Prezidenti Donald Tramp isə xəbərdarlıq edib ki, əgər İspaniya öz hərbi bazalarını İran əməliyyatları üçün açmasa, ABŞ bu ölkə ilə ticarəti dayandıracaq.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top