ABŞ İranla münaqişədə təxminən 2 milyard dollarlıq texnika itirdi


ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyatların başlamasından bəri təxminən 2 milyard dollarlıq hərbi texnika itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə peyk görüntüləri də daxil olmaqla açıq məlumatları təhlil edən Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Nəşrdə İranın ABŞ-yə ən azı 1,902 milyard dollar ziyan vurduğu bildirilir.
Ən bahalı itki Qətərdəki bazada 1,1 milyard dollar dəyərində olan AN/FPS-132 erkən xəbərdarlıq radar sistemi olub.
Bundan əlavə, ABŞ Küveyt hava hücumundan müdafiə heyətlərinin dostcasına atəşi nəticəsində Küveytdə üç F-15E qırıcı təyyarəsini itirib. Bu təyyarələrin əvəz edilməsi təxminən 282 milyon dollara başa gələcək.
İran qüvvələri həmçinin BƏƏ-dəki bir obyektdə yerləşən “Terminal High Altitude Area Defense” (THAAD) raketdən müdafiə sisteminə zərbə endirərək sistemin təxminən 500 milyon dollar dəyərində radar komponentinə zərər verib.
İran həmçinin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahına zərər vuraraq, iki peyk rabitə terminalını və bir neçə binanı dağıdıb.
Münaqişənin başlanğıcından bəri İran Yaxın Şərqdə ən azı 9 ABŞ bazasına zərbə endirib.
Digər tərəfdən, “Anadolu” agentliyi ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki döyüşlərin ilk 24 saatında təxminən 779 milyon dollar və ya 2026-cı il üçün bütün hərbi büdcəsinin təxminən 0,1%-ni xərclədiyini bildirib.
Agentlik ilk 24 saat ərzində ən böyük xərcin orduya təxminən 340,4 milyon dollara başa gələn “Tomahawk” raketlərinin buraxılması olub. Növbəti yerdə 271,3 milyon dollarlıq qırıcı uçuşları gəlir. Üçüncü ən bahalı xərc isə kəşfiyyat məlumatlarının toplanması və logistika dəstəyi ilə yanaşı HIMARS çoxburaxılışlı raket sisteminin (MLRS) istifadəsi olub. ABŞ ordusu bunlara ümumilikdə 122,2 milyon dollar xərcləyib. Vaşinqton təkcə B-2 strateji bombardmançı təyyarələrindən istifadə edərək, hədəflərə zərbələrə təxminən 30,2 milyon dollar xərc çəkib.

DİGƏR XƏBƏRLƏR

Top