"Yeni ali liderin seçkilərinin vaxtı məlum deyil" – Müctəba Hüseyni


İranın yeni ali liderinin seçkilərinin vaxtı hələ müəyyən edilməyib.
Yeniavaz.com
xəbər verir ki, bunu Ekspertlər Şurasının üzvü Müctəba Hüseyni İRNA agentliyinə verdiyi müsahibədə bildirib.
O, bunun üçün hazırlıqlara ehtiyac olduğunu qeyd edib.
“Bu məsələ bir sıra kompleks şərtlərin və məsləhətləşmələrin nəzərdən keçirilməsini tələb edir. Hər şey bitdikdən sonra məsələ həll olunacaq”, - deyə o, bildirib.
Digər tərəfdən, İran Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi bildirib ki, şura artıq İslam Respublikasının Ali Lideri vəzifəsinə potensial namizədlər barədə qərar verib.
“Ali Lider vəzifəsinə namizədlər müəyyən edilib. Hazırda ölkəni İdarəetmə Şurası idarə edir və Allahın qoysa, tezliklə inqilabın yeni lideri seçiləcək”, - deyə Fars xəbər agentliyi onun sözlərini sitat gətirib.

DİGƏR XƏBƏRLƏR

Top