Son 5 ayda şeyxin nəvəsinin Bakıda 5-ci obyekti fəaliyyətə başladı


Fövqəladə Hallar Nazirliyi (FHN) Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nəvəsi və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin oğlu – 2002-ci il təvəllüdlü Həsən Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 277 ünvanında inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, ümumi sahəsi 373,84 kvadratmetr olan bina 2 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 25 fevral 2026-cı il tarixli, 11363 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, FHN təxminən 2 ay əvvəl – 19 dekabr 2025-ci il tarixində Həsən Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 211 ünvanında inşa olunan 3 binadan ibarət obyektin də istismarına icazə verib. Ümumi sahəsi 1 286,45 kvadratmetr olan binalardan 2-si 2, 1-i isə 1 mərtəbədən ibarətdir.
Bundan başqa, FHN ötən ilin noyabr ayında Həsən Salahzadəyə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 177 ünvanında yerləşən daha bir obyektin istismarına icazə verib.
Həmçinin, ötən ilin noyabr ayında FHN Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, giriş 258A ünvanında inşa olunan 77,8 kvadratmetr iaşə obyektinin də istismarına icazə verib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top