
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub:
“Naxçıvan Muxtar Respublikası üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.
Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə təyin edilən pensiyaların ödənişi planlaşdırılır.
Müavinət və təqaüdlərin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub”.
Tətbiqimizi yükləyə bilərsiniz