
ABŞ ordusu ən güclü sualtı qayığı da daxil olmaqla, İranın 17 hərbi gəmisini batırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bredli Kuper “X” sosial şəbəkə səhifəsində bildirib.
Kuper əlavə edib ki, artıq Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində İran donanması yoxdur və ABŞ Silahlı Qüvvələri orada dayanmaq niyyətində deyil.
Digər tərəfdən, Tehran ən azı on tankerə hücum etdiyini və Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirdiyini iddia edib.
CNN-in məlumatına görə, İran boğazdan yalnız iki tankerin keçməsinə icazə verib, baxmayaraq ki, normal şəraitdə gündə boğazdan təxminən 60 tanker keçir.
”Vesselfinder” gəmi naviqasiya portalının məlumatına görə, İran Hörmüz boğazını bağladıqdan sonra onun hər iki tərəfində onlarla tanker və yük gəmisi toplaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz