“Xameneinin istənilən varisini məhv edəcəyik”


İsrailin müdafiə naziri İsrael Kats İranın keçmiş lideri Ayətullah Əli Xameneinin ölümündən sonra İranın növbəti ali lideri olacaq istənilən şəxsi öldürməklə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“İsraili məhv etmək planını davam etdirəcək, ABŞ-ni, azad dünyanı və regiondakı ölkələri təhdid edəcək və İran xalqının səsini boğacaq İranın terror rejimi tərəfindən təyin edilən istənilən lider qeyd-şərtsiz hədəfə çevriləcək və məhv ediləcək”, - nazir qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İranda başlatdığı genişmiqyaslı hərbi əməliyyatın birinci günündə ölkənin Ali dini lideri Ayətullah Əli Xamenei öldürülüb. İran mətbuatı onun övladı Müctəba Xameneinin yeni Ali rəhbər seçildiyini iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top