
ABŞ-nin Dubaydakı konsulluğu vurulub.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
BBC yazır ki, konsulluq İran dronlarının zərbəsinə məruz qalıb.
Konsulluqdan bir neçə metr aralıda çəkilmiş videolardan birində, konsulluğa dronun çırpıldığı, digərində isə binanın yandığı və səmaya qalxan qara tüstünün olduğu görünür.
Dünən gecə jurnalistlərə danışan ABŞ Dövlət Katibi Marko Rubio, konsulluğun kansler binasının yanındakı avtoparka pilotsuz təyyarənin hücum etdiyini təsdiqləyib.
“Bütün əməkdaşlarımızın vəziyyəti yaxşıdır. Şübhəsiz ki, çox şanslıyıq, amma səfirliklərimiz və diplomatik obyektlərimiz terrorçu bir rejimin birbaşa hücumlarına məruz qalır”, - deyə Rubio bildirib.
Sözügedən kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz