“Kömək edin, yenidən sağlamlığıma qovuşmaq istəyirəm...”


Bakı şəhər sakini, yoğun bağırsaq xərçəngindən əziyyət çəkən Elman Vəliyevin köməyə ehtiyacı var.
Yeniavaz.com
-a müraciət edən E. Vəliyev bildirir ki, ötən il əməliyyat olunub və hazırda ev şəraitində müalicə alır.
“Çətin və ağır bir əməliyyat keçirmişəm. Şükürlər olsun ki, limfa düyünlərində metastaz aşkarlanmayıb, lakin xəstəliyin yenidən yayılma riski yüksəkdir. Bu gün yenidən yoxlanışdan keçdim və həkim bildirdi ki, kimyaterapiya müalicəsi almalıyam. Bu müalicələr uzunmüddətlidir və çox xərc tələb edir. Lakin bunun üçün maddi imkanım yoxdur”, - E. Vəliyev bildirib.
O bildirib ki, əmək qabiliyyətini müəyyən qədər itirib:
“Əlimdəki bütün maddi vəsaiti müalicəmə xərcləmişəm. Hazırda həm səhhətimlə, həm də maddi çətinliklərlə mübarizə aparıram. Xeyirxah insanlara müraciət edirəm. İmkan daxilində kömək edin. Yenidən sağlamlığıma qovuşmaq istəyirəm”.

ABB: 5522 0993 7867 5102
Əlaqə: +99455 279 32 79



DİGƏR XƏBƏRLƏR

Top