ABŞ İranla müharibəyə niyə başlayıb? – Ziddiyyətli açıqlamalar


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, İranın ilk zərbəni endirməyə hazırlaşdığına inandığı üçün ABŞ qüvvələrinə İsrailin İrana qarşı hücumuna qoşulmaq əmri verib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bu açıqlama, müharibənin necə başladığına dair bir gün əvvəl onun dövlət katibinin təqdim etdiyi əsaslandırma ilə ziddiyyət təşkil edir.
“Marko Rubio bazar ertəsi jurnalistlərə demişdi ki, ABŞ hücumu İranın Tehrana qarşı planlaşdırılan İsrail əməliyyatına cavab olaraq qarşılıq verə biləcəyi qorxusu səbəbilə başladıb”, - nəşr yazır.
“Biz İsrailin hücuma keçəcəyini bilirdik. Bunun Amerika qüvvələrinə qarşı hücumu sürətləndirəcəyini də bilirdik və başa düşürdük ki, İran bu hücumlara başlamazdan əvvəl onlara hücum etməsək, daha çox itki verəcəyik”, - Rubio deyib.
Qeyd edək ki, daha əvvəl Tramp İsrailin ABŞ-ni münaqişəyə sövq etməsi ilə bağlı iddiaları təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top