Yaxın Şərqdəki münaqişədə 870 nəfər həlak olub – NYT


Fevralın 28-də Yaxın Şərqdə başlayan döyüşlər ən azı 870 insanın həyatına son qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, itkilərin böyük əksəriyyəti İranda olub. Ölənlər arasında Bəhreyn, İsrail, Küveyt, Livan, BƏƏ sakinləri və altı amerikalı hərbçi də var.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top