
İranda yeni Ali dini liderin seçildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
“Daxil olan məlumata görə, Ekspertlər Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi ilə Müctəba Xameneini İslam Respublikasının növbəti lideri seçib”, - nəşr yazır.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İranda başlatdığı genişmiqyaslı hərbi əməliyyatın birinci günündə ölkənin Ali dini lideri Ayətullah Əli Xamenei öldürülüb. Müctəba Xamenei mərhum Ali dini liderin oğludur.
Tətbiqimizi yükləyə bilərsiniz