İsrail Tehran yaxınlığında gizli nüvə kompleksinə zərbə endirdiyini iddia edir


İsrail Müdafiə Qüvvələri (İMQ) Tehran yaxınlığındakı gizli “Minzadehey” nüvə kompleksinə zərbə endirdiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İMQ-nin sözçüsü məlumat yayıb.
İsrail ordusu iddia edir ki, bu yeraltı mərkəzdə bir qrup iranlı alim gizli şəkildə nüvə silahı üçün əsas komponentin hazırlanması üzərində işləyirdi.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hələlik İsrailin açıqlaması ilə bağlı şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top