
İraq nefti ilə yüklənmiş yeddi tanker Hörmüz boğazını keçmək təhlükəsi səbəbindən İraq ərazi sularını tərk edə bilmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Dəniz Limanları İdarəsinin nümayəndəsi “Əl-Cəzirə”yə məlumat verib.
“Hörmüz boğazından təhlükəsiz keçidi gözləyən yeddi tanker İraq ərazi sularında ilişib qalıb”, - nümayəndə deyib.
O, əlavə edib ki, eyni səbəbdən Çindən gələn üç gəmiçilik xəttində tanker daşınması dondurulub və bu da tankerlərin İraq sahillərinə çatmasına mane olub. Nümayəndə həmçinin bildirib ki, son bir neçə gündə sığorta xərclərinin artması səbəbindən İraqa dəniz yük daşımalarının tarifləri 60% artıb.
Tətbiqimizi yükləyə bilərsiniz