
İranın İslam Respublikasının Ali Liderini seçən Ekspertlər Məclisi tezliklə yeni dövlət başçısının adını açıqlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Mənbələrinə görə, Məclisin iclasları həmişəki kimi və təhlükəsiz mühitdə davam edir və başa çatmaq üzrədir.
Agentlik səsvermənin nəticələrinin yaxın günlərdə və ya hətta saatlarda elan edilə biləcəyini proqnozlaşdırır.
Həmçinin bildirilir ki, İranın mərhum Ali Lideri Əli Xamenei sağlığında potensial varisi adını çəkməyib və bu məsələni Ekspertlər Məclisinə həvalə edib.
Tətbiqimizi yükləyə bilərsiniz