“Qonşu ölkələrlə problemimiz yoxdur” − Əraqçi


“İranın qonşu ölkələrlə problemi yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bizim qonşu ölkələrlə işimiz yoxdur, biz bu ölkələrdə məskunlaşan Amerika əsgərləri ilə qarşı-qarşıyayıq” , - o bildirib.
İranın Azərbaycandakı səfirliyinin yaydığı sitata görə, Əraqçi Küveytin hava məkanında vurulan 3 qırıcı təyyarə mövzusuna da toxunub:
“Küveytlilər deyirdilər ki, onların bazalarından İrana qarşı hücum məqsədilə istifadə edilməyəcək, bəs bu gün vurulan həmin 3 qırıcı Küveyt torpaqlarında nə edirdi?”.

DİGƏR XƏBƏRLƏR

Top