ABŞ İspaniya ilə ticarəti dayandıracaq − İrana hücumları dəstəkləməyib


ABŞ, İspaniyanın İrana qarşı zərbələr üçün bazalarından istifadəyə icazə verməməsindən sonra, İspaniya ilə ticarət əlaqələrini tamamilə kəsməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Yaxın Şərqdəki müharibədə Avropa ölkələrinin iştirakını müzakirə edən Tramp bəzilərinin möhtəşəm olduğunu və ABŞ-yə kömək etdiyini, digərlərinin isə dəhşətli olduğunu bildirib.
O, həmçinin Madridin hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etdiyini xatırladıb:
“Onlar NATO-da onu 5%-ə qaldırmağa razı olmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar bunu heç bir səviyyəyə qaldırmağa razı olsunlar. Onlar bunu 2%-də saxlamaq istəyirdilər, amma hətta 2%-i belə ödəmirlər. Beləliklə, biz İspaniya ilə bütün ticarəti kəsəcəyik. İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik”.
O, həmçinin ABŞ-İsrail hücumlarına da kömək etməyən Böyük Britaniyadan narazı olduğunu əlavə edib. 

DİGƏR XƏBƏRLƏR

Top