“Aİ Ukraynadan “Drujba” kəmərinin yoxlanılmasına icazə verməsini tələb etdi” − FT


Avropa İttifaqı zədələnmiş “Drujba” neft kəməri ilə bağlı Ukraynaya təzyiqi artırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel kəmərə Avropa yoxlamasına icazə tələb edib.
Boru kəməri vasitəsilə neft alan Macarıstan və Slovakiya hesab edir ki, Kiyev “Drujba” boru kəmərinin təmirini gecikdirir və zərərin miqyasını şişirdir.
“Zərərin olub-olmadığını deyə bilmərik. Bunu sənədləşdirməyin və aktiv bərpa işlərinin aparıldığını göstərməyin çox sadə yolları var. Lakin bu, hələ də edilməyib”, - adı açıqlanmayan yüksək vəzifəli Aİ diplomatı nəşrə bildirib.
Qeyd edək ki, “Drujba” bu yaxınlara qədər Rusiyadan Aİ-yə (Macarıstan və Slovakiya) təchizat daşıyan yeganə boru kəməridir. Yanvar ayının sonunda boru kəməri dayandırılıb - Ukrayna tərəfinin məlumatına görə, bir hissə Rusiya dronları tərəfindən zədələnib.

DİGƏR XƏBƏRLƏR

Top