
Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.
Belə ki, martın 4-dən “Bakmil” stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində “Nərimanov–Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.
Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz