
İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada keçirilən Asiya Kubokunun ilk oyunundan əvvəl dövlət himnini oxumaqdan imtina edib.
Yeniavaz.com xəbər verir ki, musiqi səslənərkən idmançılar səssizcə dayanıblar.
“The Guardian”ın məlumatına görə, himni oxumaqdan imtinanın İran hökumətinə etiraz olduğu, yoxsa ABŞ və İsrailin onların ölkəsinə qarşı hava hücumları və İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı olduğu məlum deyil. İdmançılar jurnalistlərin müharibə ilə bağlı suallarını cavablandırmaqdan imtina ediblər.
Asiya Kubokundakı ilk oyunlarında İran milli komandası Cənubi Koreya ilə qarşılaşıb və 3-0 hesabı ilə məğlub olub.
Nəşr qeyd edib ki, İranın qadınlardan ibarət milli futbol komandası Asiya Kubokuna vəsiqə qazanan yeganə Yaxın Şərq ölkəsidir. İdmançılar turnirdə iştirak etmək üçün Avstraliyaya müharibə başlamazdan əvvəl gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz