Ronaldonun təyyarəsi Səudiyyə Ərəbistanından Madridə eniş etdi − KİV


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi İranın Ər-Riyaddakı ABŞ səfirliyinə dron hücumundan sonra Səudiyyə Ərəbistanından yola düşərək Madridə eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Ronaldonun təyyarəsinin Misir və Aralıq dənizi üzərindən uçduğu bildirilib. Futbolçunun təyyarədə olub-olmadığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, futbolçu 2022-ci ilin dekabr ayından bəri “Əl-Nəsr”də oynayır. Karyerası ərzində o, həmçinin Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında da oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top