Rusiya “Azərkosmos”un xidmət göstərdiyi ölkələrin ilk beşliyindən çıxıb


2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Qeyd edək ki, hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 348,5 min dollar ilə Birləşmiş Krallıq, 283 min dollar ilə Lüksemburq, 187,2 min dolları ilə İsveç, 72,4 min dollar ilə Türkiyə, 69,6 min dollar ilə Pakistan qərarlaşıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 49,2 min dollar ilə Rusiya da yer alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top