
Bu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana gələn 119 min 285 nəfər əcnəbi turist burada 207 milyon 141,2 min manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər bir turist yanvar ayında Azərbaycanda orta hesabla 1 736 manat pul xərcləyib.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında hər bir əcnəbi turist Azərbaycanda orta hesabla 1 191 manat pul xərcləyib.
Bu ilin yanvar ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib – 30 min 654 nəfər. Rusiyadan gələn turistlər yanvar ayı ərzində 46,9 milyon manat xərcləyib. Adambaşına düşən xərc isə 1 529 manat olub.
Qeyd edək ki, yanvar ayında Azərbaycanda ən çox pul xərcləyənlər ABŞ vətəndaşları olub. Ay ərzində Azərbaycana gələn 1 089 ABŞ vətəndaşının hər biri burada orta hesabla 2 416 manat xərcləyib. İkinci yerdə 2 328 manatla Qətər, üçüncü yerdə isə 2 297 manatla Küveyt vətəndaşları qərarlaşıb.
Azərbaycanda ən az pul xərcləyənlər isə Gürcüstan və Türkmənistandan gələn turistlər olub. Türkmənistan vətəndaşı olan şəxslər yanvar ayında Azərbaycanda adambaşına orta hesabla 1 312 manat, Gürcüstan vətəndaşı olan turistlər isə 1 275 manat xərcləyib.
Cədvəldə yanvar ayında Azərbaycana gələn turistlərin burada xərclədiyi vəsaitin ölkələr üzrə bölgüsü əks olunub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz