
ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İran Qızıl Aypara Cəmiyyətinə istinadla məlumat yayıb.
Məlumata görə, İranın 153 rayonuna təxminən 1039 zərbə qeydə alınıb və nəticədə 504 obyektə ziyan dəyib.
Qeyd edək ki, daha əvvəl İranda baş verən hücumlarda 555 nəfərin öldüyü bildirilmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. Zərbələr dağıntıya və tələfata səbəb olub. İran İsrail ərazisinə, eləcə də, Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə cavab zərbələri endirib.
Tətbiqimizi yükləyə bilərsiniz