“Qızıl buts”a namizədlər – Harri Keyn liderdir


2025/2026 mövsümünün “Qızıl buts” mükafatına namizədlərin reytinqi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn reytinqinə başçılıq edir.
Belə ki, futbolçu milli çempionatda 30 qol vurub və buna görə ona 60 xal verilib.
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe ingilisdən 14 xal geridədir. O, 23 qola qarşı 46 xalla ikinci yeri tutur.
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holan isə 22 qola qarşı 44 xalla ilk üçlüyü tamamlayır.
Qeyd edək ki, “Qızıl buts” mükafatı üçün hesablama sistemi belədir: oyunçunun liqada vurduğu ümumi qol sayı müvafiq liqa əmsalına vurulur.
İlk ən güclü beş milli liqada vurulan qol iki xala, 6-cı yerdən 21-ci yerə qədər olan milli liqalarda vurulan qollar 1,5 xala, qalan liqalarda vurulan qollar isə bir xala vurulur.
Xatırladaq ki, 2024/25 mövsümündə “Qızıl buts” mükafatını Kilian Mbappe qazanıb. 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qol vuraraq 62 xal toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top