İsrail İranın Prezident Administarsiyasını vurduğunu bildirir


İsrail Müdafiə Qüvvələri (IDF) İranın ən yüksək rütbəlilərinin fəaliyyət göstərdiyi mərkəzi qərargahı vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin rəsmi saytında məlumat dərc olunub.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hədəf alınan binalar arasında İranın Prezident Administarsiyası, İran Ali Milli Təhlükəsizlik Şurasının qərargahı, Ekspertlər Şurası  tərəfindən iclaslar üçün istifadə edilən bir bina və İran ordusu zabitlərinin təlimi üçün bir müəssisə olub:
“Rejimin ən yüksək səviyyəli rəhbərliyinin yerləşdiyi kompleks İsrail Hava Qüvvələri tərəfindən bir gecədə dəqiq kəşfiyyat məlumatlarından istifadə edərək vurulub. Bu terror rejiminin arxasında duran liderlər və onların oturduğu qərargah məhv edilib”.

DİGƏR XƏBƏRLƏR

Top