
“Moskva hələ də İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görməyib”.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müharibənin İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq və onun uzaqmənzilli ballistik raket proqramını pozmaq üçün lazım olduğunu bildirmişdi.
İran isə nüvə silahı istehsal etməklə bağlı iddiaları inkar edib, ABŞ və İsrailin hücumunun səbəbsiz olduğunu, həmçinin Tehranla Vaşinqtonun nüvə sazişi üzrə danışıqlar apardığı bir vaxtda baş verdiyini bildirib.
Xatırladaq ki, Donald Tramp ilk müddətində, İranın nüvə proqramını məhdudlaşdıran əvvəlki beynəlxalq müqavilədən çıxmışdı. Bu, sözügedən müqavilənin imzalanmasından üç il sonra – 2018-ci ildə baş vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz