“Flamenqo” baş məşqçisini istefaya göndərdi


Braziliyanın “Flamenqo” klubu “Madureyra” klubu üzərində 8-0 hesablı qələbəyə baxmayaraq, Filipe Luisi komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globo” portalı məlumat yayıb.
Məlumata görə, məşqçinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar oyun başlamazdan əvvəl verilib.
Qeyd edək ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”ya rəhbərlik edir. O, futbolçu karyerası ərzində də komandada çıxış edib. Ancaq təcrübəli məşqçi daha çox “Atletiko Madrid” və “Çelsi”də oynadığı dövrlərlə tanınır.
Luis “Atletiko Madrid”lə İspaniya çempionluğunu və UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. “Çelsi” ilə isə o, Premyer Liqanın qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top