
Ermənistanın Baş naziri Nikol Paşinyan və vətəndaş nikahı ilə yaşadığı həyat yoldaşı Anna Akopyanın ayrılmasına ailə münasibətlərində uzun illər davam edən gərginlik səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, 2019-2020-ci illərdə onların münasibətləri ciddi bir böhranla üzləşib: təxminən bir il və ya daha çox müddət ərzində onlar faktiki olaraq ayrılıblar. Qarşılıqlı səylər nəticəsində böhranı aradan qaldırmaq mümkün olub. Lakin 2025-ci ilin ortalarında vəziyyət yenidən gərginləşib.
Akopyanın Çində təhsil almaq planlarının bu böhranın nəticəsi olduğu iddia edilsə də, onun getməsi evliliyi xilas etməyib.
Bəzi məlumatlara görə, hətta son üç ayda Paşinyan Akopyanı Sevandakı hökumət bağ evinə göndərib.
Qeyd edək ki, fevralın 17-də Akopyan Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb. Fevralın 27-də isə Akopyan Paşinyandan ayrıldığını rəsmi olaraq elan edib. Paşinyan cavab olaraq, Akopyanın qərarına hörmətlə yanaşdığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz