İsrail İranda quru əməliyyatı keçirib – KİV


İsrailin xarici kəşfiyyat xidməti “Mossad” xüsusi təyinatlı qüvvələrlə birlikdə İranda quru əməliyyatı həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.  
Telekanalın məlumatına görə, hadisə martın 1-dən 2-nə keçən gecə baş verib.
Lakin əməliyyat İsrail hökuməti, İsrail Müdafiə Qüvvələri (İDF) və ya İran hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiq edilməyib.
“Al-Arabiya” əməliyyatın məqsədlərini, iştirakçıların sayını və ya mümkün nəticələrini açıqlamayıb. Həmçinin, əməliyyatların keçirildiyi iddia edilən İran ərazisinin adı haqqında da məlumat verilməyib.
Ekspertlər qeyd edirlər ki, İranın dərinliklərində mümkün quru əməliyyatları barədə məlumatları müstəqil şəkildə yoxlamaq çətindir. Çünki məlumata məhdud çıxış və davam edən münaqişə mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top