İsrail ordusu Livana daxil oldu – İDF


İsrail ordusu Livanın cənubuna daxil olaraq müdafiəsini gücləndirmək üçün mövqelərini möhkəmləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidmətinə istinadla məlumat yayıb.  
Ordunun mətbuat xidməti bildirib ki, bu, İrana qarşı “Aslanın nəriltisi” əməliyyatının bir hissəsi deyil, “Hizbullah”a qarşı taktikadır.
Digər tərəfdən, Livanın “Al-Akhbar” qəzeti yazır ki, Livan ordusu qüvvələrini İsraillə sərhəddəki Ayta əl-Şaab bölgəsindəki istehkamlardan geri çəkir.
Qəzetin məlumatına görə, sərhəd qüvvələrinin geri çəkilməsi üçün hazırlıqlar bazar ertəsi günü İsrail Müdafiə Qüvvələrinin birinci xəttdəki yaşayış məntəqələrinə doğru irəliləmək planları barədə məlumat aldıqdan sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top