Dünyanın ən yaxşı 10 futbol klubu açıqlandı


Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) son beş ildə (1 yanvar 2021-ci ildən 31 dekabr 2025-ci ilə qədər) dünyanın ən yaxşı on futbol klubunun siyahısını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya 1753 xalla İspaniyanın “Real Madrid” klubu başçılıq edir. İkinci yerdə 1605 xalla İngiltərənin “Mançester Siti” klubu qərarlaşır. İlk üçlüyü 1536 xalla Braziliyanın “Flamenqo” klubu tamamlayır.
Siyahını təqdim edirik:
1. “Real Madrid” (İspaniya) – 1753 xal;
2. “Mançester Siti” (İngiltərə) – 1605 xal;
3. “Flamenqo” (Braziliya) – 1536 xal;
4. PSJ (Fransa) – 1470 xal;
5. “Palmeyras” (Braziliya) – 1449 xal;
6. “Bavariya” (Almaniya) – 1433 xal;
7. “İnter” (İtaliya) – 1430 xal;
8. “Çelsi” (İngiltərə) – 1334 xal;
9. ”Barselona” (İspaniya) - 1332 xal;
10. “Liverpul” (İngiltərə) – 1265 xal.

DİGƏR XƏBƏRLƏR

Top