.jpg)
Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub. Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb. Hazırda Ələt-Astara magistralı bağlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.
APA
Tətbiqimizi yükləyə bilərsiniz