
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirə boynunda qırmızı səpgi ilə gəlib.
Yeniavaz.com xəbər verir ki, səpgi onun boynunun sağ tərəfində yerləşib.
Lakin Ağ Evin rəsmi operatorları və əksər media nümayəndələri sol tərəfdən çəkiliş aparıblar.
Həmçinin, tədbir zamanı Amerika liderinin gözlərinin altında torbalar müşahidə olunub.
ABŞ Prezidentinin həkimi Şon Barbabelramp Ağ Ev rəhbərinin boynundakı səpgini dəri kremindən istifadə ilə əlaqələndirib.
Onun sözlərinə görə, Tramp Ağ Ev həkiminin təyin etdiyi adi profilaktik dəriyə qulluq kremini boynunun sağ tərəfinə çəkir.
Trampın həkimi bidirib ki, dövlət başçısı bu məhsuldan bir həftədir ki, istifadə edir və səpginin daha bir neçə həftə davam edəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz