
Yunanıstanın “Olimpiakos” klubunun və İran millisinin ulduz hücumçusu Mehdi Taremi ABŞ və İsrailin İrana hücumlarından sonra ölkəsinə qayıtmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, 33 yaşlı futbolçu klub rəhbərliyinə orduya qoşulmaq, silahlanmaq və İranı müdafiə etmək xahişi ilə müraciət edib.
Son vaxtlar “Olimpiakos”la Yunanıstan Super Liqasında uğurlu nəticələr göstərən Taremi bu qərarı ilə futbol ictimaiyyətində böyük ək-sədaya səbəb olub.
İran mediasının məlumatına görə, İran Futbol Federasiyasının nümayəndələri ulduz oyunçunu Yunanıstanda qalmağa və karyerasını davam etdirməyə inandırmaq üçün səylər göstərirlər.
Lakin Taremi qərarında qətiyyətli olduğunu bildirib.
“Bu, ölkəmin mənə ən çox ehtiyac duyduğu andır. Xalqım və vətənim təhlükədədir və mən orada olmalıyam”, - Taremi əlavə edib.
Qeyd edək ki, Mehdi Taremi bundan əvvəl “İnter” və “Porto” klublarında oynayıb və vurduğu qollarla dünya miqyasında şöhrət qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz