“Həmin görüşdən sonra İranla razılığa gələ bilməyəcəyimizi başa düşdük”


“İran tərəfi ilə ikinci görüşdən sonra amerikalı danışıqçılar Vaşinqton və Tehranın razılığa gələ bilməyəcəyini başa düşüblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Biz onlarla ədalətli bir razılaşma əldə etməyə çalışdıq. İkinci görüşün sonunda bunun mümkün olmadığı aydın oldu. Lakin biz üçüncü görüşə onları yenidən sınamaq üçün gəldik”, - deyə o, “Fox News”a verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, daha əvvəl “Axios” mənbələrə istinadən ABŞ və İsrailin Cenevrədə Vaşinqton və Tehran arasında keçiriləcək yeni danışıqlar raundundan bir həftə əvvəl İrana hücum üçün mümkün vaxt çərçivəsi barədə razılığa gəldikləri barədə məlumat yaymışdı.

DİGƏR XƏBƏRLƏR

Top