
Finlandiya köhnə tipli xarici pasportlara malik Rusiya vətəndaşlarının 1 iyun 2026-cı il tarixindən etibarən ölkəyə girişini qadağan edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə 18 yaşdan kiçik Rusiya vətəndaşları və Finlandiya yaşayış icazəsi sahibləri, eləcə də xüsusi səbəblərdən giriş tələb edənlər üçün istisna edəcək.
Qeyd edək ki, Finlandiya 1 iyundan 31 dekabra qədər keçid dövrünə girəcək. Bu dövrdə ölkəyə yanlız Finlandiya vizası və ya 1 iyun 2026-cı il tarixindən əvvəl verilmiş başqa bir Aİ və ya Şengen ölkəsində yaşayış icazəsi olanlar daxil ola biləcəklər.
Əvvəlki illərdə müxtəlif Avropa ölkələri biometrik məlumatları olan çipi olan biometrik pasportlar olmadan giriş qadağaları tətbiq etmişdilər.
Bu cür qadağalar Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Rumıniya, Fransa, Çexiya və Estoniyada qüvvədədir. Qadağa 1 apreldən etibarən Polşada da qüvvəyə minəcək.
Tətbiqimizi yükləyə bilərsiniz