BPK Ukrayna idmançılarına üzərində xəritə olan forma geyinməyi qadağan etdi


Beynəlxalq Paralimpiya Komitəsi Ukrayna idmançılarının 2026-cı ildə İtaliyada keçiriləcək Paralimpiya Oyunlarında Ukraynanın xəritəsi əks olunmuş formalarla iştirakını qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Milli Paralimpiya Komitəsinin prezidenti Valeri Suşkeviç məlumat yayıb.
“Biz komandamız üçün idman formamızı - yox, hətta idman formasını da yox, geyim formasını hazırladıq. Beynəlxalq Paralimpiya Komitəsi dedi ki, “Xeyr, yox, yox - bu, olmaz!” Onlar dedilər ki, bu forma siyasi xarakter daşıyır. Və dedilər ki, heç kim bizə bu cür formalarda yarışmağa icazə verməyəcək”, - Suşkeviç bildirib.
Ukrayna Paralimpiya Komitəsinin rəhbəri qeyd edib ki, formalar “Ukraynanın dünyada, Avropada, bütün əraziləri ilə Rusiya tərəfindən işğal olunmamış vəziyyətdə olduğunu çox qəti şəkildə “qışqırır”.
Beynəlxalq Paralimpiya Komitəsinin qərarını şərh edən Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey Sternenko bildirib ki, “Rusiya komandasına qanunsuz işğalda iştirak etmiş keçmiş hərbçilər daxildir”: “Ruslara öz bayrağı altında yarışmağa icazə verilir, lakin ukraynalılara ərazilərini göstərmək qadağandır. Bu, sadəcə absurddur”.

DİGƏR XƏBƏRLƏR

Top