
İrandan Azərbaycana gedən ilk rusiyalı qrup Rusiya hökumət nümayəndə heyəti ilə birlikdə Moskvaya yola düşəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın Baş nazirin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
“Rusiya vətəndaşlarının ilk qrupu, 32 nəfər, bizimlə eyni reyslə uçur. Bunlar dünən İranı tərk etməyi bacaran və bu gün artıq Bakıya gələn neftçilərimizdir. Biz onları Moskvaya aparırıq”, - Overçuk deyib.
O, əlavə edib ki, Moskva İrandan rusların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır:
“Rusiya vətəndaşlarının İran İslam Respublikası ərazisindən təxliyəsində göstərdikləri dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və Azərbaycan Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz