
İsrail Livanın paytaxtında “Hizbullah” hərəkatının yüksək vəzifəli üzvünə hücum edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl Beyrutda daha bir yüksək rütbəli terrorçuya hücum edilib”, - məlumatda deyilir.
İsrail Müdafiə Qüvvələri həmçinin “Hizbullah”a məxsus 70-dən çox silah saxlama məntəqəsinə, buraxılış məntəqəsinə və raket buraxıcılarına zərbələr endirildiyini bildirib. Qeyd olunub ki, Livanın cənubundakı hədəflərə bir sıra genişmiqyaslı zərbələr endirilib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, məhv edilmiş hədəflər İsrail əsgərlərinə və mülki şəxslərə qarşı terror hücumları hazırlamaq üçün istifadə edilib və zərbələrdən əvvəl mülki şəxslər üçün riskləri azaltmaq üçün tədbirlər görülüb.
Tətbiqimizi yükləyə bilərsiniz