
Amerikalıların yalnız dörddə biri (27%) ABŞ-nin İrandakı hərbi əməliyyatını dəstəkləyir.
Yeniavaz.com xəbər verir ki, bunu “Reuters” və “Ipsos” tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Amerikalıların qırx üç faizi hücumlara qarşıdır, digər 29 faizi isə qərar verməyib.
Dəstək partiyalara görə əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, Respublikaçıların 55%-i İrana edilən hücumları dəstəkləyir (13%-i onlara qarşıdır, 32%-i heç bir fikir bildirmir), Demokratların isə yalnız 7%-i dəstəkləyir (74%-i onlara qarşıdır, 19%-i qərar verməyib).
Nəşr qeyd edir ki, sorğu bir neçə ABŞ hərbçisinin ölüm xəbərindən əvvəl keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz