Cim Kerriyə nə olub?


Məşhur aktyor Cim Kerrinin Parisdə keçirilən 51-ci “Sezar” mükafatlandırma mərasimində iştirakı sosial mediada mübahisələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, aktyor kinoya verdiyi töhfəyə görə fəxri mükafat alıb və fransız dilində çıxışı ilə tamaşaçıları heyrətləndirib, lakin internet istifadəçiləri səhnədəkinin əsl Kerri olmadığına əmindirlər.
Ən populyar sui-qəsd nəzəriyyəsinə görə, “orijinal” Kerri 2015-2017-ci illər arasında vəfat edib və onun yerinə klon və ya dublyor çıxış edib. Bu nəzəriyyənin tərəfdarları aktyorun göz rənginin dəyişməsini (qəhvəyi idilər, amma indi yaşılımtıl görünürlər), burnunun və çənəsinin fərqli formasına işarə edirlər.
Bu, Kerrinin 2025-ci ilin noyabr ayından bəri ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Aktyorun görünüşü o vaxtdan bəri əhəmiyyətli dərəcədə dəyişib. Fanatlar həmçinin Kerrinin geyim tərzində və saç düzümündə dəyişiklikləri qeyd ediblər. Sosial mediada Qərb elitalarını dəfələrlə tənqid edən və zarafat edən Kerrinin öldürüldüyünü və yerinə başqa şəxsin gətirildiyi barədə nəzəriyyə yayılıb.
Lakin plastik cərrahlar Kerrinin cizgilərinin üz dartılması, dolğular və blefaroplastika da daxil olmaqla bir sıra prosedurlar nəticəsində dəyişdirilmiş ola biləcəyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top