
ABŞ hökuməti Bəhreynin paytaxtı Manamadakı səfirliyini qeyri-müəyyən müddətə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Regiondakı gərgin vəziyyətə görə, ABŞ-nin Bəhreyndəki səfirliyi bağlıdır. Səfirliyin normal fəaliyyətini nə vaxt bərpa edəcəyini açıqlayacağıq”, - məlumatda deyilir.
Beyrutdakı ABŞ səfirliyi öz növbəsində Livandakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb:
“Livanda təhlükəsizlik vəziyyəti qeyri-sabit və gözlənilməzdir. Ölkə daxilində, xüsusən də cənubda hava hücumları həyata keçirilib”.
Tətbiqimizi yükləyə bilərsiniz