
“ABŞ hələ İrana ciddi zərbələr endirməyə başlamayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, ABŞ ordusu İranı məğlub edir, lakin böyük zərbələr dalğası hələ qabaqdadır:
“Düşünürəm ki, çox yaxşı gedir. Çox güclü. Dünyanın ən güclü ordusuna sahibik və biz bundan istifadə edirik”.
ABŞ-nin İran xalqına rejimi devirmək üçün hərbi əməliyyatlardan başqa hər hansı əlavə tədbirlər görüb-görmədiyi soruşulduqda, Tramp müsbət cavab verdi, lakin nədən danışdığını dəqiqləşdirmədi:
“Amma hazırda hamının evdə qalmasını istəyirik. Çöldə olmaq təhlükəsiz deyil. Hələ onlara ciddi zərbələr endirməyə belə başlamamışıq. Böyük dalğa hələ gəlməyib. Böyük dalğa gəlir”.
İndiyə qədər Tramp üçün ən böyük sürpriz İranın bölgədəki ərəb ölkələrinə - Bəhreyn, İordaniya, Küveyt, Qətər və BƏƏ-yə hücumları olub:
“Biz təəccübləndik. Biz onlara dedik: “Biz hər şeyi yoluna qoyacağıq”, amma indi onlar (Fars körfəzi ölkələri) döyüşmək istəyirlər”.
Tətbiqimizi yükləyə bilərsiniz